Scholege

Canlı interaktiv virtual sinif

Ekranın o tayındakı şagird də dərsə qoşulsun.

Kviz, sorğu, lövhə, qrup otaqları və mini oyunların hamısı canlı dərsin özündədir. Dərs bitəndə davamiyyət, danışıq vaxtı və kviz nəticələri hesabatda sizi gözləyir.

Superclass ekranında danışan müəllim və ‘At the café’ cümlə qurma tapşırığı; illüstrasiya

Superclass

Superclass Scholege-nin canlı dərs platformasıdır. Müəllim hazırladığı dərs səhnələrini, PDF-ləri və şəkilləri bütün sinfə eyni anda açır; kviz, sorğu, lövhə və qrup otaqları ilə şagirdi dərsə cəlb edir. Dərs bitəndə davamiyyət, kviz nəticələri və iştirak məlumatı hesabatda hazır olur; seçdiyiniz qeyd rejimindən asılı olaraq dərsin qeydi və transkripti də orada olur.

Format
Veb əsaslı canlı sinif; hər kəs dərsə həmin dərs üçün yaradılmış keçidlə daxil olur
Kimlər üçün
Canlı dərs keçən məktəblər və qurumlar, onların müəllimləri və şagirdləri
Məktəbinizdə
Planlı canlı dərslər və Speaking Clubs məşğələləri
Nəticə
Keçirilmiş dərs, davamiyyət, kviz nəticələri, iştirak hesabatı və istəyə görə dərs qeydi
11növ mini oyun: uyğunlaşdırma, sıralama, boşluq doldurma və başqaları
4qeyd seçimi: qeydsiz, səs və transkript, video, video və transkript
0–100hər şagird üçün iştirak balı

Necə işləyir

Təqvimə salınan hər dərs hesabatla yekunlaşır.

  1. 1

    Dərsi planlaşdırın

    Qurumunuz dərsi tarixi, müddəti, müəllimi və dərs ssenarisi ilə yaradır. Hər ehtimala qarşı ehtiyat müəllimi də əvvəlcədən əlavə edə bilərsiniz.

  2. 2

    Keçidləri göndərin

    Müəllim və şagirdlər parolla əlləşmir; şəxsi keçidlərinə bir kliklə dərsə daxil olurlar. Dərsi yalnız izləyəcək şəxslər üçün ayrıca keçid də yaratmaq olar.

  3. 3

    Dərsi canlı aparın

    Səhnələri və PDF səhifələrini siz çevirirsiniz, hər kəsin ekranında eyni anda dəyişir. Kvizi, sorğunu, lövhəni və qrup otaqlarını dərsin tempinə uyğun işə salırsınız.

  4. 4

    Davam edən dərsləri izləyin

    Administrator canlı izləmə ekranında müəllimin dərsdə olub-olmadığını, kamera, mikrofon və bağlantı problemlərini görür. Müəllim qoşula bilməsə, ehtiyat müəllimi təyin edir.

  5. 5

    Hesabatlara baxın

    Dərs bitəndə davamiyyəti, kviz nəticələrini, danışıq vaxtını və iştirak balını dərs, şagird və müəllim üzrə görürsünüz.

Heç kim hesab açmır, parol əzbərləmir. Hər kəs öz keçidi ilə dərsə daxil olur.

Nələr var

Dərsi canlı saxlayan alətlər əlinizin altında.

  • Kliklənən, oynanılan dərs səhnələri

    Fon, şəkil, PDF, qısa video, kliklənən sahələr və mini oyunlarla qurduğunuz səhnə hər kəsin ekranında eyni anda açılır. Uyğunlaşdırma, sıralama və boşluq doldurma oyunlarında şagird sadəcə baxmır, oynayır.

  • Anında kviz, anında sorğu

    Ballı kvizi dərsin ortasında və ya sonunda açın. Bir suallı sorğu ilə sinfin nəbzini elə o anda tutun.

  • Ortaq lövhə, ayrıca qrup otaqları

    Lövhə bir neçə səhifə ilə işləyir. Qrup otaqlarında hər qrupun öz videosu, lövhəsi və sənədi var; böyük sinif kiçik masalara bölünür.

  • Müəllim səhnənin içində

    Yaşıl ekran sayəsində müəllim dərs səhnəsinin içinə girir, əşyaların önündə dayanır və ya arxasında qalır. Artıq küncdəki kiçik pəncərədə danışan bir üz deyil.

  • Qeydi siz seçirsiniz

    Qeyd rejimi dərs başlamazdan əvvəl seçilir; standart ayar qeydsizdir. Səsli rejimlərdə kimin nə dediyi danışanlara görə bölünmüş transkriptdə əks olunur.

  • Davam edən dərslər bir ekranda

    Müəllim dərsdədirmi, kamerası və mikrofonu açıqdırmı, bağlantıda problem varmı? Administrator hamısını bir ekranda görür. Bu ekran hazırda beta mərhələsindədir.

Kim nə qazanır

Müəllim diqqətini dərsə verir, qurumunuz isə arxayın olur.

  • Müəllim

    Dərsi izah edərkən sinfi də əlində saxlayır: səhnə, kviz, sorğu və qrup otağı eyni sinifdədir. Dərs bitəndə kimin nə qədər danışdığını hesabatda görür, susanı təxminlə axtarmır.

  • Şagird

    Parolsuz, öz keçidi ilə dərsə daxil olur. Əl qaldırır, çatda yazır, mini oyunları oynayır, qrup otağında yoldaşları ilə işləyir.

  • Qurum

    Dərsləri planlaşdırır, davam edən dərsləri canlı izləyir, müəllim dərsdə yoxdursa ehtiyat müəllimi işə qoşur. Hansı dərsin həqiqətən keçirildiyini də hesabatlardan bilir.

Suallar

Qərar verməzdən əvvəl verilən suallar.

Şagirdlər hesab açmalıdırmı?

Xeyr. Müəllim və şagirdlər parol daxil etmədən, həmin dərs üçün yaradılmış şəxsi keçidlə qoşulur. Müəllimin keçidi yalnız həmin dərsin vaxtında işləyir, idarəetmə panelinə yol açmır.

Məktəbimizin istifadə etdiyi tədris sistemi ilə işləyirmi?

Superclass API ilə qurulub: dərs planı sizin sisteminizdə qalır, canlı dərs isə Superclass-da keçir. İnteqrasiyanın əhatəsini quraşdırma zamanı birlikdə dəqiqləşdiririk.

Dərslər qeydə alınırmı?

Yalnız siz istəsəniz. Qeyd rejimi dərs başlamazdan əvvəl seçilir: qeydsiz (standart), səs və transkript, video, yaxud video və transkript. Dərs başlayandan sonra rejimi dəyişmək olmur.

İştirak balı şagirdin uğurunu göstərirmi?

Xeyr. Bal dərsdə qalmaq, davamiyyət, danışmaq, əl qaldırmaq, çat, sorğu və kvizlərdə iştirak kimi dərsdaxili hadisələrdən hesablanır. Şagirdin dərsdə nə qədər iştirak etdiyini göstərir; dil biliyini və ya öyrənmə nəticəsini ölçmür.

Qurumların məlumatları bir-birindən ayrıdırmı?

Bəli. Hər qurumun məlumatı ayrıca saxlanılır; siz başqa qurumun qeydlərini görə bilməzsiniz, onlar da sizinkini. Müəllimin dərs keçidi yalnız həmin dərsdə işləyir, hesabatlara və digər dərslərə giriş vermir.

Görüş

Canlı dərslərinizi Superclass-a köçürməyi müzakirə edək.

Mövcud sisteminizlə necə işləyəcəyini, müəllimlərin hazırlığını və hansı dərslərlə başlayacağımızı görüşdə dəqiqləşdirək.