Scholege

Süni intellekt dəstəkli ingilis dili tədrisi platforması

İngilis dili dərsi, ev tapşırığı və danışıq praktikası bir platformada.

Şagird bölmələrə ayrılmış dərs yolu ilə irəliləyir, müəllimin verdiyi tapşırıqları yerinə yetirir, söz ehtiyatı və qrammatika üzərində işləyir. Kafedə, məktəbdə və ya həftəsonu planı qurarkən keçən səhnələrdə süni intellektlə ingiliscə danışır. Müəllim bütün bunları hesabatlardan izləyir.

Yodaai-nin ingilis dili danışıq məşqçisi Emma şagirdlə söhbət edir; dialoq pəncərələri və əks-əlaqə; illüstrasiya

Yodaai

Yodaai ingilis dili tədrisi platformasıdır. Bölmələrə ayrılmış dərslər, söz ehtiyatı, qrammatika, yazı və oxu çalışmaları, müəllimin verdiyi tapşırıqlar bir yerdə toplanıb. Platformanı fərqləndirən danışıq praktikasıdır: şagird ssenari seçir, süni intellekt səhnədəki qarşı tərəfi canlandırır, söhbət isə şagirdin cavablarına görə qurulur. Müəllim tapşırıq verir, hesabatları izləyir.

Format
Brauzerdə işləyən tətbiq; süni intellektlə səsli və ya yazılı söhbət, dərslər, çalışma alətləri
Kimlər üçün
İngilis dili öyrənən şagirdlər; Young Learners və Teen üçün ayrıca ekranlar
Məktəbinizdə
İngilis dili dərsinin ev tapşırıqları, dərsdən kənar çalışma və danışıq praktikası
Nəticə
Tamamlanmış söhbətlər, əks-əlaqə və müəllimin açıb baxa biləcəyi irəliləyiş hesabatı
5məzmun növünü müəllim tapşırıq kimi verə bilər: dərs, ssenari, yazı, qrammatika, söz
6çalışma aləti istifadəyə hazırdır

Necə işləyir

Müəllim tapşırıq verir, şagird çalışır və danışır.

  1. 1

    Müəllim tapşırıq verir

    Sinfə və ya bir şagirdə dərs, danışıq ssenarisi, yazı, qrammatika və ya söz çalışması verir. Son tarixi qoyur, qısa qeyd əlavə edir.

  2. 2

    Şagird səhnəyə girir

    Verilən ssenarini və ya səviyyəsinə uyğun səhnəni açır, süni intellektlə səsli və ya yazılı söhbət edir. Çətinə düşəndə ipucu alır, lazım olsa tərcüməyə baxır.

  3. 3

    Nə alındı, nə çatmır

    Söhbət bitəndə ümumi balını görür. İşlətdiyi və buraxdığı ifadələr, qrammatika düzəlişləri və cümləsinin daha təbii variantı da oradadır.

  4. 4

    Müəllim hesabatı açır

    Tamamlanmış tapşırıqları və bacarıqlardakı irəliləyişi görür. Növbəti dərsə girməzdən əvvəl təkrarlanan səhvlər də gözünün qabağındadır.

Nələr var

Dərs, çalışma və danışıq bir yerdə.

  • Dərs yolu

    Bölmələrə ayrılmış dərs yolu. Şagird bitirdiyi dərsləri, növbəti dərsi və hələ bağlı olanları görür.

  • Ssenarilərlə söhbət

    Məktəb, kafe və ya həftəsonu planı kimi səhnələrdə süni intellekt qarşı tərəfi canlandırır. Söhbət şagirdin verdiyi cavaba görə irəliləyir.

  • Çalışma alətləri

    Söz ehtiyatı, qrammatika, yazı, idiomlar və oxu çalışmaları. Bələdçi personaj Emma çalışmalarda ipucu verir.

  • Söhbəti kəsməyən düzəliş

    Hər cavabdan sonra yan paneldə həmin cümlənin daha təbii variantı görünür. Söhbət düzəliş üçün dayanmır, şagird danışmağa davam edir.

  • Hər söhbətin hesabatı

    Ümumi bal, işlədilən və buraxılan əsas ifadələr, ən vacib qrammatika düzəlişləri birlikdə göstərilir. Şagirdin nəyi yaxşı etdiyi də açıq yazılır.

  • Tapşırıq və hesabat

    Müəllim siniflərə son tarixli tapşırıq verir. Şagird hesabatında bacarıqlardakı irəliləyiş və təkrarlanan səhvlər yan-yana durur.

Kim nə qazanır

Şagird sınayır, müəllim hara baxacağını bilir.

  • Şagird

    Ssenaridə danışır, əks-əlaqəni oxuyur, ipucu və təkliflərlə eyni səhnəni yenidən sınayır. Səhv edəndə söhbət kəsilmir; səhvini sinfin qarşısında yox, öz ekranında görür.

  • Müəllim

    Mövzuya və səviyyəyə uyğun tapşırığı seçir, son tarixi qoyur. Hesabatı açanda kimin hansı səhvi təkrarladığını görür və növbəti dərsə haradan başlayacağını bilərək girir.

  • Məktəb

    Sinifləri və müəllimləri bir yerdən idarə edir; şagirdlərin dərsdən kənar nə qədər danışdığını və harada çətinlik çəkdiyini hesabatlardan izləyir.

Suallar

Qərar verməzdən əvvəl verilən suallar.

Yodaai yalnız danışıq tətbiqidirmi?

Xeyr, bu, ingilis dili tədrisi platformasıdır. Bölmələrə ayrılmış dərslər, söz ehtiyatı, qrammatika, yazı və oxu çalışmaları, müəllim tapşırıqları və hesabatlar bir yerdədir. Süni intellektlə danışıq praktikası onu digər platformalardan fərqləndirir.

Şagird səhv edəndə söhbət dayanırmı?

Dayanmır. Süni intellekt rolundan çıxmır, söhbət davam edir. Yan paneldə cümlənin daha təbii variantı görünür; ən vacib qrammatika düzəlişləri və güclü tərəflər söhbət bitəndə gəlir.

Müəllim nələri tapşırıq kimi verə bilər?

Dərs, danışıq ssenarisi, yazı, qrammatika və söz çalışması. Tapşırıq sinfə və ya ayrıca bir şagirdə son tarix və qısa qeydlə birlikdə göndərilir. Danışıq ssenarilərini tapşırıq kimi vermək imkanı paketinizdən asılıdır.

Speaking Clubs ilə necə birlikdə işləyir?

Speaking Clubs şagirdi Yodaai-də ona verilmiş danışıq ssenarilərini görür. Hər ssenari başlama tarixi çatanda açılır.

Bütün alətlər hər şagird üçün açıqdırmı?

Məktəbinizin paketindən asılıdır. Ssenarilərlə söhbət ayrıca paketə daxildir, dinləmə çalışmaları isə tezliklə açılacaq. Sizə uyğun əhatə dairəsini görüşdə birlikdə dəqiqləşdirək.

Görüş

Dərsdən kənar danışıq praktikasına məktəbinizdə başlayaq.

Hansı siniflərlə başlayacağımızı, müəllimlərinizin tapşırıq və hesabatlardan necə istifadə edəcəyini və məktəbinizə uyğun əhatə dairəsini görüşdə dəqiqləşdirək.